Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırıldı - Video
Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının avtodayanacaq mərtəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexində yoxlama aparılıb.
FHN xəbər verir ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- avtomobil təmir sexi hündürmərtəbəli yaşayış binasının avtodayanacağında yerləşdirilib və avtomobillərə texniki xidmət fəaliyyəti göstərilir;
- obyektin elektrik naqilləri müvəqqəti asma yolu ilə çəkilib və nasaz elektrik qurğularından, üst örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib;
- avtomatik yanğınsöndürmə qurğuları nasaz vəziyyətdədir;
- odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
- mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilatlar tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim edilməyib;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, avtomobil təmir sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-10-2024, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər