reklam
Regionxeberlericom.az » Hadisə » Nəsimi rayonunda polis əməliyyat keçirdi: Üç nəfər saxlanıldı - Video

reklam

Nəsimi rayonunda polis əməliyyat keçirdi: Üç nəfər saxlanıldı - Video

















Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramin Quliyev, tanışı İlqar Quliyev və Xədicə Ağayeva saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, onlardan 8 kiloqramdan artıq heroin, marixuana, metamfetamin, iki ədəd elektron tərəzi və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədilə əldə ediblər. socar vakansiya

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nəsimi rayonunda narkotiklərlə əlaqəli cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.




Paylaş:


Müəllif : Tarix:
15-10-2024, 21:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər