reklam
Regionxeberlericom.az » Hadisə » “Qarabağ əlilləri”nin şok görüntüləri yayıldı - VİDEO

reklam

“Qarabağ əlilləri”nin şok görüntüləri yayıldı - VİDEO


Bura Heydər Əliyev prospektində yerləşən özəl müəssisələrdən biridir. Qovulan obyekt sahibinin oğlu, qovanlar isə özlərini Qarabağ əlili kimi təqdim edən şəxslərdir.
Onların məqsədi obyekt sahibini orada çıxartmaq və müəssisəyə yiyələnməkdir.

Sultanəhmədov Əhməd Yarəhməd oğlu. Sahibkarların əmlakını mənimsəyən dəstənin fəallarından biridir. O, Cavanşir Talıbovla danışığında açıq şəkildə bildirir ki, sahibkarın icarəyə verdiyi yerin icarə haqqını onlar alacaqlar.

Dəstənin üzvlərindən olan Sərxan Musayev. Onun Qarabağ əlilliyi ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. 2017-ci ildə iki ayağı olan Sərxanın iki il sonra bir ayağı var. İki il fərqlə çəkilmiş hər iki görüntü zəbt olunmuş torpaqlar uğrundan mübarizədən çəkilib.

İndi görəcəyiniz görüntülər isə “Moskva” univermağında çəkilib.

Özünü əlil kimi təqdim edən, lakin əslində Rusiyada şəxsi münaqişə zəminində güllələnən Məhəmmədəli Hacıyev Qarabağ əlili Əlişir Musayevin obyektinə hücum çəkir.

“Mamed” kimi tanınan Məhəmmədəli Hacıyev bir müddət əvvəl də şou ilə gündəmə gəlmişdi. Özünü Qarabağ əlili kimi təqdim edən Mamed Bakıda maşınını yandıracağını bildirərək, kameralar qarşısında şou göstərmişdi.

Bakının Binəqədi rayonunda neft kəmərinin mühafizə zolağında torpaq zəbt edən, sonra isə dövlət məmurlarına hücum edən, avtomobil magistralını yarım saatdan artıq bağlı saxlayan dəstənin başqa üzvləri də var. Məsələn, İsgəndər kimi.

O, Biləcəri qəsəbəsində avtomobillərin yuyulması məntəqəsi işlədir, özünü Qarabağ əlili kimi təqdim edən Mamed və digərlərinin kampaniyasında fəallıq edir.

İsgəndər tək deyil. Onunla yanaşı, kampaniyada iştirak edən, qızışdırıcı hərəkətlərə yol verən başqaları da var. Və ən əsası, onların heç biri Qarabağ əlili deyil.

Real TV



Paylaş:


Müəllif : Tarix:
4-10-2019, 09:17
Sikayət   


loading...
Загрузка...