reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycandan qaçmış 5 nəfər ölkəyə gətirildi

reklam

Azərbaycandan qaçmış 5 nəfər ölkəyə gətirildi


















Beynəlxalq axtarışa verilmiş daha 5 şəxs ölkəmizə ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları Ədilov Qədim Ədil oğlu, İsrafilov İlqar Etibar oğlu, Qəribov Namiq Ağaxan oğlu, Hüseynov Mahir Zahir oğlu və Abbasov Vahid Edilman oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya tərəfindən təmin edilib.

Həmin şəxslərin cinayət törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiyada saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.




Paylaş:


Müəllif : Tarix:
31-10-2024, 12:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər