Bakıdakı “Caspian” otelinin qarşısında, gecə qaranlığında heroin alveri - İRANLI KURYER YAXALANIR VƏ...
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan İran İslam Respublikasının vətəndaşı 36 yaşlı Hamed Babazadehin cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə yekunlaşıb.
regionxeberlericom.az Virtualaz.org-a istinadən xəbər verir ki, Hamed Babazadehi Dövlət Gömrük Komitəsinin əməliyyatçıları 2019-cu il martın 9-da Bakıdakı “Caspian” otelin qarşısında tutublar. Əməliyyatçılara məlumat daxil olub ki, həmin iranlı sərhədin o tayından külli miqdarda narkotik maddəni Azərbaycana keçirib və satışını həyata keçirməyə hazırlaşır.
Nəticədə əməliyyatçılar Hamed Babazadehi 2 kiloqrama yaxın heroini “Azad” adlı şərti alıcıya satmaq istəyərkən yaxlanıb. Yasamal rayon məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Amma Babazadeh ona irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib, baxmayaraq ki, cinayət başında, təkzibedilməz dəlillə yaxalanmışdı.
Xoylu inşaat mühəndisinin sərhədi bu yana adlamaqda məqsədi nə idi...
İstintaqa ifadəsində deyib ki, Xoy şəhərində memarlıq üzrə ali təhsil alıb, yaşayış evlərinin tikintisi, satışı ilə məşğul olub. Azərbaycana gəlməzdən bir gün əvvəl tanışı Milad Allahyarla Astara gömrüyündə rastlaşıb. Valyuta dəyişməklə məşğul olan Milada 4 milyon tümən verib, ondan 550 manat pul alıb.
H.Babazadehin ifadəsinə inansaq, Bakıya gəlməkdə məqsədi rayonlardan ucuz qiymətə arpa almaq və daha sonra İraqa satış üçün göndərmək idi. Həmçinin iddia edib ki, ailə üzvləri Novruz bayramı ilə əlaqədar istirahət üçün Bakıya gəlməyi planlaşdırdıqlarından onlara kirayə ev tutmaq istəyirdi.
“Milad Bakıda həbsxanada cəza çəkən qardaşına meyvə, pal-paltar, siqaret aldığını, həmin əşyaları da aparmağımı xahiş etdi. Onun qardaşı narkotikə görə həbs olunmuşdu. Ona görə də çantanı aparmağı ehtiyat etdim. Həm də dedim ki, mən indi yox, axşam gedəcəyəm. Milad açıb çantanı göstərdi. İçərisində qanunsuz heç nə yox idi. Amma yenə də gömrükdən keçirməyə imtina elədim. Dedim ki, özümün yüküm çoxdur. Miladın ailə üzvlərinin narkotikə meylli adamlar olduğundan qorxduğum üçün yükə yaxın durmadım”,-Babazadeh ifadəsində belə nəql edib.
Heroin çantasını sərhəddən kim keçirdi?
H.Babazadeh həmin gün axşam Azərbaycana yola düşüb. Gömrüyün qarşısında yenidən Miladla rastalaşarkən sonuncu ona qardaşına çatacaq sovqatın Astara şəhərində olduğunu deyib.
Sitat: “Milad valyutadəyişməklə məşğul olduğundan günün çox hissəsini gömrükdə olurdu. Mənə dedi ki, yük artıq gömrükdən keçib, narahat olma. Mən özüm gömrükdən keçib Astaraya çatanda Milad mesaj yazdı ki, qardaşına çatacaq çanta Astara gömrüyünün qarşısındakı çayxanadadır. Həmin çantanı Bakıya aparmağımı xahiş etdi və onu bir nəfərin məndən qəbul edib həbsxanaya çatdıracağını bildirdi. Mən də razılaşdım, çantaları götürüb taksi ilə Bakıya yola düşdüm”.
Hamed daha sonra nəql edir ki, yolda olanda Həbib adlı bir nəfər ona zəng vurub, harada olduğunu, Bakıya nə vaxt çatacağını soruşub. O da cavabında bir saata kimi Bakıda olacağını deyib. Taksi ilə “Caspian” otelə gəlib, otaq kirayələyib. Həbib zəng vurub otelin vizit kartını “vatsap”la göndərməsini istəyib: “Mən də çəkib göndərdim. Bir saat sonra Həbib gəldi. Onu otelin qarşısında qarşıladım. Həbibin əlində tünd göy rəngli çanta var idi. Məndən Miladın verdiyi çantaları istədi və gedəcəyini dedi. Mən də dedim ki, istəsən gecə qala bilərsən, boş çarpayı var. Həbib də qalmağa razılaşdı. Dedi ki, oteldə qalsa gərək “WiFi”-dan istifadə edə. Mən də kodu öyrənmək üçün aşağı düşdüm. Otelin əməkdaşından kodu soruşdum. Otağa qayıdanda qapı bağlı idi. Qapını döydüm, Həbib hamamdan çıxıb qapının açdı...”
Hamamda heroini qablaşdıran Həbib adlı adam olubmu...
H.Babazadehin dediyinə görə, otağa göz gəzdirəndə görüb ki, Həbibin gətirdiyi çanta içəridə yoxdur. Həbib hamamdan çıxandan sonra isə çantanın hamamda olduğunu görüb. Həmin vaxt Həbib çantanın içərisindən müxtəlif əşyalar, o cümlədən qara sellofan torba çıxarıb və hamam otağının qarşısına qoyub. Daha sonra Milad ona “vatsap”la zəng vuraraq qara rəngli avtomobilin otelin qarşısına gələcəyini, Həbib azərbaycan dilində bilmədiyi üçün onunla birgə aşağı enərək sonuncunun İrandan gətirdiyi sovqatı həmin avtomobildəki şəxsə verməyi xahiş edib.
“Milad mənə zəng vuranda Həbib hamamda idi. Bu barədə ona deyəndə məndən xahiş elədi ki, qara sellofan torbanı həmin avtomobildəki şəxsə verim. Torbanın içərisindəkinin nə olduğunu demədi. Paketin ağzı bağlı idi. Götürüb düşdüm aşağı”,-təqsirləndirilən iranlı ifadəsində belə deyib.
Babazadehin nağılının davamı: gecə 3-ün yarısında aşağı düşür və...
Gecə saat üçün yarısında içərisi heroin dolu torba ilə oteldən çıxan Hamed “Nissan” markalı avtomobilə yaxınlaşıb. Sürücünün yanındakı mülkü geyimli şəxs ona arxa oturacaqda əyləşməyini xahiş edib. Arxa oturacaqda əyləşəndən sonra gələnlərə deyib ki, Həbib hamamda idi, ona görə də çantanı özü gətirdi.
Bu vaxt qabaq oturacaqdakı mülki geyimli şəxs onun qoluna qandal vurub. Ardınca hüquq-mühafizə orqanlarının 5-6 əməkdaşı avtomobilə yaxınlaşıb. Əməliyyatçılar Hamedlə birlikdə otel otağına qalxsalar da Həbibi orada tapmayıblar: “Otağın qapısı bağlı, koridorun pəncərəsi isə açıq idi. Həbib həmin pəncərədən qaça bilərdi. Otelin işçiləri qapını açdılar, heç kim yox idi. Milada və Həbibə məxsus çantalara baxdılar. Daha sonra məni gömrük idarəsinə apardılar”.
İranlı heroin kuryeri əslində 2 min qazanmaq istəyirdi
Qeyd edək ki, H.Babazadeh ilkin ifadəsində tamam fərqli danışıb. Miladın ona Həbiblə birgə heroini otelin qarşısındakı şəxsə 20 min manata satmağı tapşırdığını, həmin puldan ona 2 min manat vəd etdiklərini deyib.
Daha sonra ifadəsini dəyişdirərək yuxarıdakı nağılı uydurub, amma müstəntiqlər onun nağılına yox, təbii ki, gecə saat 3-ün yarısında guya içərisində nə olduğunu bilmədiyi çantanı tanımadığı adamlara çatdırmaq istəyərkən əldə etdikləri təkzibedilməz dəlili əsas götürüblər.
Bu cinayət işi üzrə daha bir İran vətəndaşı Routivand Ghiasvand Habibollah Gorz Ali barəsində axtarış elan edilib.
İstintaq şahid qismində Malik Əliyevi də dindirib. O deyib ki, 2019-cu il martın əvvəllərində DGK-nın Əməliyyat İdarəsinin Hüquqpozmalarla Mübarizə şöbəsinə İran vətəndaşları olan “Məmi” və “Milad” adlı şəxslərin Azərbaycana külli miqdarda heroini qaçaqmalçılıq yoluyla gətirəcəkləri, burada realizə edəcəkləri haqda məxfi məlumat daxil olub. Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb, Hamed Babazadeh “Caspian” otelin qarşısında 2 kiloqrama yaxın heroini 20 min manata satmaq istəyərkən cinayət basında yaxalanıb.
Məhkəmənin hökmü ilə Hamed Babazadeh 10 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-10-2019, 12:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-10-2019, 12:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29