reklam
Regionxeberlericom.az » Hadisə » Əsgərimiz bədbəxt hadisə nəticəsində həlak oldu

reklam

Əsgərimiz bədbəxt hadisə nəticəsində həlak oldu


















Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Orucov Həbib İlham oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə əlaqədar Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

“Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allah hərbçimizə rəhmət eləsin”, - o bildirib.

Fotoda Firad Əliyev





Paylaş:


Müəllif : Tarix:
9-11-2024, 19:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər