reklam
Regionxeberlericom.az » Hadisə » Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi

reklam

Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi




















Dünyanın ən yaşlı rəqqasəsi Eylin Stellar Kramer 110 yaşında vəfat edib.

Bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, o, ad günündən cəmi bir həftə sonra dünyasını dəyişib.

1914-cü ildə Sidneydə anadan olan Kramer hələ 1930-cu illərin sonunda baletlə məşğul olmağa başlayıb. O vaxtdan bəri peşəni tərk etməyib. O, Avstraliyada çıxış edib, həmçinin bütün dünya üzrə qastrol səfərləri həyata keçirib. Karyerası ərzində Hindistan, Fransa, London, ABŞ və digər ölkələrdə fəaliyyət göstərməyə müvəffəq olub.

Artıq 99 yaşında doğma vətəni Sidneyə qayıdıb. Kramer 20 il ərzində xəstə həyat yoldaşına qulluq edib və buna görə də rəqslərə ara verib. Lakin sonra çıxışlarına qayıdıb. 103 yaşı olanda o, “Buddanın arvadı”nı səhnələşdirib və tamaşada 17 yaşlı şahzadə rolunu oynayıb.

 




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 09:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər