reklam
Regionxeberlericom.az » Hadisə » Əcnəbi vətəndaş Naxçıvanda qəza törətdi - Ölən və yaralanan var

reklam

Əcnəbi vətəndaş Naxçıvanda qəza törətdi - Ölən və yaralanan var



Naxçıvanda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi “Reno” markalı mikroavtobuslar toqquşub. Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. V.Əsədov orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
7-10-2019, 13:37
Sikayət   


loading...
Загрузка...