reklam
Regionxeberlericom.az » Hadisə » Hacıqabulda quldurluq edən Ucar sakinləri saxlanıldılar

reklam

Hacıqabulda quldurluq edən Ucar sakinləri saxlanıldılar

















Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ucar rayon sakinləri Cəbrayıl Orucov, Aras Umarov, Sadiq Əsgərov və bir nəfər yeniyetmə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı saxlanılan şəxslərin zərərçəkənə qarşı zor tətbiq edərək üzərində olan 690 manatı ələ keçirdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, C.Orucov, A.Umarov və S.Əsgərov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.





Paylaş:


Müəllif : Tarix:
30-11-2024, 21:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər