Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi
Jurnalist Qənirə Ataşovanın araşdırması nəticəsində bir vətəndaşın diş həkimi adı altında fəaliyyət göstərən şəxs tərəfindən aldadılması barədə məlumat ortaya çıxıb.
RegionXəbərləricom.az Milli.Az-a istinadən xəbər verir ki, araşdırma zamanı həmin şəxsin həkim olduğunu təsdiqləyən müvafiq diplomunun olmadığı üzə çıxıb.
Şikayətçi bildirir ki, "instaqram" sosial şəbəkəsində "Dr. Farid Əşrəfli" adlı bir səhifə ilə qarşılaşıb. Həmin səhifədə bir çox məşhurun dişlərini düzəltdiyi haqqında paylaşımlar görən vətəndaş həkimə müraciət etməyə qərar verir. Dişlərini düzəltmək üçün həmin şəxs əvvəlcə "Nəbz" klinikasına yönləndirilir ki, dişlərinin rentgeni çəkilsin. Ardınca "Dent House" klinikasına gəldikdə isə məlum olur ki, həmin şəxs burda həkim yox, əslində mühafizə işində çalışır.
Pasient klinikada digər həkim Anar Əmiraslanov ilə görüşür. Həkim və mühafizəçi olan Fərid özlərini diş həkimi kimi təqdim edərək, pasienti müayinə edirlər. Şikayətçi həkimin Nərimanovda yerləşən, əvvəlki adı "8 Dent" klinikası, indiki adı isə "Dental Klinika" olan tibb müəssisəsində kabinet alaraq fəaliyyət göstərdiyini bildirib. İlk müayinədən sonra bir gün ərzində pasientin 5 dişi çəkilir. Şikayətçi qeyd edir ki, bu dişlər çox çətinliklə çəkilib və sonradan məlum olub ki, həmin dişlər sağlam imiş. Həkim pasientdən ilk olaraq 1000 manat, sonra isə 2000 manat alaraq, implant sifariş edəcəyini bildirir. Ümumilikdə pasient 22 500 manat ödəyərək 11 dişin çəkilməsi və 15 implantın qoyulmasını planlaşdırır. Həkim hər bir implantın qiymətini 1500 manat olaraq göstərir. Lakin müalicələr nəticəsində pasientin üst çənəsində sümük qırıqları meydana gəlir və digər həkimlər bu yerə süni sümük yerləşdirilməli olduğunu bildirir.
Pasient həmçinin bacısını da həmin həkimin yanına apararaq müayinə etdirib. Bacısının da üst qapaq dişlərinin səliqəsiz şəkildə çıxarıldığını və çox ağrılı bir prosedur keçirdiyini qeyd edib.
Xatırladaq ki, mətbuatda daha əvvəl də bu məsələ işıqlandırılıb.
"Dent House Baku " klinikasının həkimi Anar Əmiraslanov mətbuata açıqlamasında qeyd etmişdi ki, bu iddialar şər-böhtandır.
"Bizim klinikada Fərid Əşrəfli adlı həkim işləməyib. Həmin şəxs iş üçün bizə müraciət etmişdi. Biz ondan diplomunu tələb etdik. Bildirdi ki, Ukraynada oxuyub və diplomunun təsdiqini gözləyir. Daha sonra bir neçə dəfə bizim mərkəzə gəldi. Həmin qadın bizim mərkəzə gəlib, Fərid adlı həkimi soruşanda əməkdaşlarımız ona klinikamızda belə həkimin çalışmadığını bildiriblər. Bu məsələdə mənim adımın hallandırılması heç nəyə əsaslanmır", - deyə Anar Əmiraslanov bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı ciddi araşdırmalara başlanılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-12-2024, 14:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər