Faciəvi şəkildə ölən Milli Qəhrəmanın bacısı imiş - Fotolar
Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən Xocalı sakinlərindən biri, 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Milli Qəhrəmanın bacısı olduğu məyyənləşib.
RegionXəbərləricom.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısıdır.
Hadisə zamanı onunla yanaşı, qonaq gələn əmisi qızı, Sevil Səlimova da həyatını itirib.
Qeyd edək ki, Araz Səlimov könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinin tərkibində döyüşüb. O, Xocalı hadisəsi zamanı onlarla dinc sakinin həyatını xilas edib. Ermənilər onu Əsgəranda qardaşı Fəxrəddin Səlimovla birlikdə vəhşicəsinə qətlə yetiriblər. Araz Səlimovun atası da Xocalı faciəsi zamanı dünyasını həlak olub. 1997-ci ildə ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib, şəhidimiz Ağdam Şəhidlər Xiyabanında dəfn olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 20:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər