Kürdəmir sakinindən külli miqdarda narkotik götürülüb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda natrkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan DİA.AZ-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov 8 kibrit qutusunda çəkisi 34 qram olan qurudulmuş marixuananı 1000 manata satarkən polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Şəxsi axtarış zamanı ondan əlavə 2 kibrit qutusunda 8 qram qurudulmuş marixuana da aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Mahmudovun yaşadığı evin həyətyanı sahəsindən isə çəkisi 2,4 kiloqram qurudulmuş marixuana da götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-10-2019, 14:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-10-2019, 14:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB