Sabiq mer vəfat etdi
Gürcüstanın tanınmış ictimai-siyasi xadimi Niko Lekişvili 77 yaşında vəfat edib.
RegionXəbərləricom.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, müxtəlif illərdə yüksək vəzifələrdə çalışıb.
N.Lekişvili 1990-1991-ci illərdə Gürcüstan Respublikası Ali Şurasının üzvü olub.
1991-ci ilin aprelin 9-da Gürcüstan müstəqilliyinin bərpası haqqında aktı imzalayıb.
O, 1993-1995-ci illərdə Tbilisinin meri, 1995-1998-ci illərdə isə Gürcüstanın dövlət naziri, Gürcüstanın üçüncü (1992-1995), beşinci (1999-2004) və altıncı çağırış (2004-2008) parlamentlərinin üzvü olub. 2019-cu ildə Tbilisinin “Fəxri vətəndaşı” adına layiq görülüb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və digər rəsmi şəxslər N.Lekişvilinin vəfatı ilə bağlı başsağlığı veriblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-01-2025, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər