reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda müştəridən qanunsuz pul tələb edən “Başkent” restoranı - FOTOFAKT

reklam

Bakıda müştəridən qanunsuz pul tələb edən “Başkent” restoranı - FOTOFAKT

Son zamanlar ictimai iaşə obyektlərin sahibləri nəinki xarici turistləri, hətta yerli vətəndaşları da aldadaraq “ciblərinə girirlər”.

Bu cür davranışlar həm turizmin inkişafına zərər vurur, həm də insanlarda restoranlara qarşı mənfi fikir formalaşdırır.

Bununla bağlı son hadisə “28 Mall” ticarət mərkəzi yaxınlığında yerləşən “Başkent” restoranında yaşanıb. Belə ki, restoranda sifariş olunan şirniyyatın ümumi məbləğindən əlavə ödəniş tələb olunub. Menyuda göstərilməyən bu ödənişin xidmət haqqı olduğu qeyd edilib.

Şikayətçi bildirib ki, oktyabrın 4-də restoranda 1 manat 10 qəpik məbləğində Poğaça sifariş verib, lakin hesab 1 manat 70 qəpik gəlib:

“Bu barədə mənə öncədən heç bir məlumat verilməmişdi. Sifariş verdiyim şirniyyatın menyuya uyğun olaraq hesabladıqda, əlavə məbləğin yazıldığını anladım. Məsələni aydınlaşdırdıqda isə bildirildi ki, 60 qəpik ofisiantın xidmət haqqıdır”.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, əlavə xidmət haqqı tələb olunan zaman istehlakçını əvvəlcədən məlumatlandırmaq lazımdır:



Paylaş:


Müəllif : Tarix:
10-10-2019, 09:24
Sikayət   


loading...
Загрузка...