reklam
Regionxeberlericom.az » Hadisə » Sevinci uşaqlarının yanında öldürən ərinə - 18 il həbs verildi

reklam

Sevinci uşaqlarının yanında öldürən ərinə - 18 il həbs verildi

















Ötən il aprelin 28-də Xırdalanda həyat yoldaşını qətlə yetirmiş 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin məhkəməsi başa çatıb.

L.Əhmədağayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Ona 18 il həbs cəzası verilib.

Bildirilib ki, Oğuz rayonundan olan ailədə söz-söhbətlər Laçının qardaşının ailəsinə görə olub. Belə ki, qardaşının ailəsindəki mübahisəyə görə Sevincin qayını arvadını müdafiə etməsini görən Laçın buna əsəbiləşib. O, arvadının hansı səbəbdən eltisini müdafiə etdiyini soruşub və dava-dalaş salıb.

Bundan sonra Laçın azyaşlı övladlarının gözləri qarşısında həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 14:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər