reklam
Regionxeberlericom.az » Hadisə » Ucarda orta məktəbdə dava: Sinif yoldaşını bıçaqladı

reklam

Ucarda orta məktəbdə dava: Sinif yoldaşını bıçaqladı
















Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.

RegionXəbərləricom.az xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb. Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Fuad Hüseynov




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər