reklam
Regionxeberlericom.az » Hadisə » 50 minə görə baltalanan azərbaycanlı gənc öldü - VİDEO

reklam

50 minə görə baltalanan azərbaycanlı gənc öldü - VİDEO


Bir neçə gün əvvəl Moskvanın cənub-şərqindəki Julebino rayonunda maskalı şəxslərin hücumuna məruz qalaraq güllə və balta yarası alan azərbaycanlı dünən xəstəxanada vəfat edib.

Axar.az-ın əldə etdiyi məlumata görə, əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan olan Mahir adlı iş adamının nəşi Bakıya göndərilib. Sübh saatlarında isə ilk reyslə Naxçıvana yola salınıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Mahir təxminən 50 min dollar məbləğində pulla bankdan çıxarkən naməlum şəxslərin hücumuna məruz qalmışdı. Maskalılar arxadan ona yaxınlaşaraq əvvəlcə başına atəş açmış, daha sonra balta və çəkiclə zərbə vurmuş, pul çantasını götürərək, aradan çıxmışdılar.

Hücumun tacik əsilli cinayətkar qruplaşma tərəfindən edildiyi ehtimalı olsa da, hələ ki, bu versiyanı təsdiqləyən fakt yoxdur. Polis cinayətkarları axtarır.

Mahirə hücumun görüntüsü bankın önündəki kameralara düşüb.





Paylaş:


Müəllif : Tarix:
15-10-2019, 10:26
Sikayət   


loading...
Загрузка...