reklam
Regionxeberlericom.az » Hadisə » Sumqayıtda yaşayış binasında yanğın - Video

reklam

Sumqayıtda yaşayış binasında yanğın - Video

















Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 20kv.m. olan otaqda ev əşyaları 10 kv.m. sahədə yanıb.  1 nəfər tüstüdən zəhərlənib.

Yanğın baş vermiş otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub




Paylaş:


Müəllif : Tarix:
Dünən, 22:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər