reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürülüb

reklam

Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürülüb


Bakıda çay evində qətl hadisəsi baş verib.

regionxeberlericom.az-un "Report"a istinadən xəbərinə görə, hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.

S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. C.Abbasov şübhəli şəxs qismində saxlanılıb.


Paylaş:


Müəllif : Tarix:
18-10-2019, 09:32
Sikayət   


loading...
Загрузка...