Suriyada döyüşən azərbaycanlıların siyahısı varmı - ekspertdən açıqlama
İŞİD kimi tanınan terror qruplaşmasına indiyə qədər müxtəlif müsəlman ölkələrindən olmaqla xeyli sayda insan qatılıb. Onların əksəriyyəti anti-terror qüvvələri tərəfindən məhv edilsə də, bu gün də İŞİD fəaliyyətdədir. Ara-sıra dünyanın müxtəlif yerlərində baş verən terror hadisələrini üzərinə götürür, bununla da varlığını dünyaya bəyan etməyə çalışır.
İŞİD-ə qoşulub və zərərsizləşdirilən terrorçuların ailələri də bu gün Suriyada və digər bölgələrdə yaşayırlar. Onların sayı ilə bağlı konkret rəqəmlər açıqlanmır. Lakin beynəlxalq mediadan anlamaq olur ki, bu şəxslərin sayı az deyil və hazırlanan reportajlardan belə başa düşülür ki, bu adamlar çətinlik içərisində, ölkələrinə qayıtmağı düşünürlər. Dövlətlər isə həmin ailələri ölkə ərazilərinə qaytarmağa tələsmir. Ekspertlər bildirirlər ki, ailələr terrorçuların içərisində təlim görüblər. Ona görə də onları təhlükəsiz saymaq olmaz. Dövlətlərin təhlükəsizlik xidmətləri bu baxımdan əməliyyatlar keçirir, hələ də İŞİD-lə əlaqəsi qalan şəxsləri zərərsizləşdirib, həbs edirlər.
Azərbaycanda da Dövlət Təhlükəsizliyi Xidməti bu istiqamətdə fasiləsiz əməliyyatlar həyata keçirir.
Bəs hazırda Suriyada nə qədər azərbaycanlı var?
Bu xüsusda son illərdə məsələ ilə bağlı açıqlanan rəsmi məlumatlara diqqət edək. Məlumatlardan aydın olur ki, İŞİD-ə qoşulmaq üçün ölkədən gedənlərin sayı 1000 nəfərdən çoxdur. 2018-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, Suriyadakı münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən artıq olub.
S.Mahmudov qeyd edib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan, Pakistan bölgəsinə getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub:
“Bu, nəyin nəticəsində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə mənsub olan kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda, sosial şəbəkələrdə aparılan süni təbliğat mexanizmi buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Bunların nəticəsində bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır”,-deyə S. Mahmudov bildirib.
2017-ci ildə o zamankı DTX sədri Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub. Mədət Quliyev bildirmişdi ki, onlardan 85 nəfərin hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. DTX rəisi bildirmişdi ki, müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıb, onlara qoşulublar. General-leytenantın sözlərinə görə, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub:
“Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.
Həmin illərdə mətbuatda məlumat yayılıb ki, Bağdaddakı sığınacaqlardan birində 2-3 yaşlı Abdulla və Xədicə adlı bacı-qardaş məskunlaşıb. Onları RT telekanalının əməkdaşları tapıblar və videoya çəkiblər. Uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sentyabrın 12-də Təl-Afərdən Bağdada aparıblar.
Sonra məlum olub ki, Abdulla və Xədicə İraq sığınacaqlarında olan yeganə azərbaycanlı uşaqlar deyil. İraq ərazisində Azərbaycandan olan İŞİD yaraqlılarının xeyli sayda uşaqları və qadınlar var. Hazırda azərbaycanlı diplomatlar qısa müddətdə həmin qadın və uşaqların Azərbaycana qaytarılması üzərində işləyirlər.
“Yeni Müsavat”a danışan ekspert İlham İsmayıl bildirib ki, son zamanlar DTX-nın əməliyyatları təqdirə layiqdir: “Yenə də terroristlər var və yeri gələndə Azərbaycanı hədələyirlər. Hədələməyin də səbəbinə gəlincə, həmin şəxslər mövcud olduqlarını rəhbərlərinə göstərmək istəyirlər ki, bölgəni təhdid altında saxlaya bilirik. DTX-nın əməliyyatı çox yaxşı haldır və bu, təqdirə layiqdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-10-2019, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-10-2019, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39