Qaymaqda narkotik gətirməkdə suçlanan şəxs bəraət aldı - 500 min təklif edən iş adamının cəzası azaldıldı
İrandan Azərbaycana narkotik gətirməkdə ittiham edilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Onlardan biri azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, İrandan Azərbaycana narkotik gətirməkdə ittiham edilən Nuri Rauf Məlikşah oğlu və İsgəndərov Arif Zərqulu oğlunun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Nuri və Arif İsgəndərov 12 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Cəzadan narazı qalan şəxslər apellyasiya şikayəti vermişdilər. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Prosesdə kamera görüntülərinə baxılıb. Həmin görüntülər hava limanındakı nəzarət kameralarından çıxarılıb. İzlənilən görüntülərdə təqsirləndirilənlərdən Arif İsgəndərovun əlində paketlə monitordan keçdikdən sonra yoxlanması görünür. Həmin zaman gömrük əməkdaşları Arif İsgəndərovdan paketdə nə olduğunu soruşurlar. O isə xama olduğunu deyir və şübhə doğurduğunu görə yoxlanış üçün nəzərdə tutulan otağa aparılır.
Görüntülərdə o da məlum olur ki, paketin əsl sahibi- Rauf Nuri isə yoxlanışdan heç bir problem olmadan keçərək oradan uzaqlaşır.
Yoxlanış otağında isə Arif İsgəndərov paketin özünə yox, Rauf Nuriyə məxsus olduğunu deyir. Rauf Nurinin arxasınca gedən gömrük əməkdaşları onu hava limanı ərazisində tapa bilmirlər. Arif İsgəndərov həmin zaman Rauf Nuriyə zəng etsə də, onun telefonuna zəng çatmır.
Hər iki şəxs görüntülərə olanları sözləri ilə də təsdiq ediblər.
Arif İsgəndərov deyib ki, Rauf Nuri paketi ona Azərbaycan ərazisində, gömrük yoxlanışına çatmamışdan verib.
Rauf Nuri də bunu təsdiqləyib və əlavə edib ki, İran ərazisindən keçərkən içində narkotik olduğunu bilmədiyi paket onda olub.
Rauf Nuri suallara cavabında bir daha paketin özünə məxsus olduğunu söyləyib, qeyd edib ki, içərisində narkotik olduğunu bilməyib:
"İranda Hüseyn adlı şəxs verdi. Biz həmişə onlardan alver edirdik və bizi tanıyırdı. Dedi ki, paketdə şirniyyat və xama var, yolda yeyərsiz. Şəffaf paket idi. Yolda məlum oldu ki, içərisində narkotik var. Bu işdə Arifin heç bir günahı yoxdur".
Xatırladaq ki, Arif İsgəndərov ifadəsində deyib ki, Rauf Nuri ilə İrandan qayıdan zaman onun yüklərinə kömək edib.
Rauf Nuri ona selofanda qaymaq olduğunu deyib. Amma hava limanında narkotik aşkar edilib.
Arif İsgəndərovun xanımı Gülnar İsgəndərova şahid qismində ifadəsində deyib ki, Rauf Nuri evlərinə gələrək bu işdə Arifin də, özünün də günahsız olduğunu deyib: "Rauf deyirdi ki, nə qədər istəsə pul verəcək, 500 min təklif edirdi. Deyirdi ki, obyektləri var. Hansına barmağımı qoysam, bizə verəcək. Təki bu işdə adı çəkilməsin. Arif azadlığa çıxaracağını deyirdi".
Gülnar İsgəndərova həyat yoldaşının azadlığa çıxmadığını görüb və Gömrük Komitəsinə müraciət edib.
Müraciətində deyib ki, Rauf onlara susmaq üçün pul təklif edir. Gömrük əməkdaşlarının istəyi ilə, Gülnar İsgəndərova Rauf Nuriyə zəng edib 3 min manat istəyib. 3 gün izlənilən Rauf Nuri pulu gətirən zaman saxlanılıb.
Rauf Nuri məhkəmədə Arif İsgəndərovun günahsız olduğunu deyib, bildirib ki, İran vətəndaşı olan Hüseyn adlı şəxs ona pay kimi qaymaq verib. Amma qaymağın içərisində narkotik olduğunu bilməyib.
Bütün bu deyilənləri qiymətləndirən məhkəmənin qərarına əsasən Arif İsgəndərov barəsində bəraət hökmü çıxarılıb. Rauf Nurinin cəzası isə 10 ilə endirilib.
Xatırladaq ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alıb.
Tehran-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı İsgəndərov Arif Zərqulu oğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb.
Selofanda təmiz çəkisi 1 kq 20 qram olan heroin aşkar edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2019, 12:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-10-2019, 12:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09