reklam
Regionxeberlericom.az » Hadisə » Toyda oynamaq üstündə dava düşdü, ölən və yaralanan var – Azərbaycanda dəhşət

reklam

Toyda oynamaq üstündə dava düşdü, ölən və yaralanan var – Azərbaycanda dəhşət



Zaqatala rayonunda qətl hadisəsi olub.
 regionxeberlericom.az   “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Danaçı kəndində baş verib.

Məlumata görə, Aydın adlı şəxsin həyətində keçirilən toy mərasimində kənd sakinləri 1963-cü il təvəllüdlü Abakar Salam oğlu Zutov, onun oğlu 1991-ci il təvəllüdlü Həmzət Zutov və onların həmkəndlisi 1990-cı il təvəllüdlü Abdul Rəcəb oğlu Ayalov arasında rəqs etmək üstündə dava düşüb. Məclis iştirakçıları davanın qarşısını alaraq tərəfləri sakitləşdirib. Mərasim başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evində yığışıblar. Bu zaman onlar arasında yenidən dava düşüb və nəticədə Abdul Ayalov stolun üstündə olan mətbəx bıçağı ilə Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib. Ağır bıçaq xəsarətləri alan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb, oğlu Həmzət Zutov isə xəstəxanaya yerləşdirilib.

Həmkəndlisini bıçaqlayaraq qətlə yetirən Abdul Ayalov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
24-10-2019, 10:34
Sikayət   


loading...
Загрузка...