reklam
Regionxeberlericom.az » Hadisə » Bərdədə bədbəxt hadisə - Nazirlik əməkdaşı ağacdan yıxılıb öldü

reklam

Bərdədə bədbəxt hadisə - Nazirlik əməkdaşı ağacdan yıxılıb öldü


Bərdə rayonunda ölüm hadisəsi baş verib.

regionxeberlericom.az-un Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qara Yusifli kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bərdə rayon Telekommunikasiya qovşağının əməkdaşı Məmmədov Səbuhi Əbülfət oğlu kənd ərazisində xidmətdə olarkən yerdən 3,7 metrlik hündürlükdə olan telefon xəttindəki nasazlığı aradan qaldırmaq üçün yaxınlıqda olan ağaca çıxıb. Həmin vaxt ağacın budağı qırılıb və S.Məmmədov ağacdan yıxılıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunsa da, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Paylaş:


Müəllif : Tarix:
24-10-2019, 12:28
Sikayət   


loading...
Загрузка...