Bakıda arvadını öldürən şəxs: - "Peşman deyiləm, vicdanım təmizdir"
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
regionxeberlericom.az-un "Report"a istinadən xəbərinə görə hakim Faiq Qəniyevin sədliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, hadisəni namus üstündə törətdiyini deyib. V.Məmmədovun sözlərinə görə, hadisədən bir neçə ay əvvəl qonşusu ilə dava edib və polisə aparılarkən marixuana istifadəçisi olduğu məlum olub. Buna görə də onu həbs ediblər. Həbsdən qayıdandan sonra arvadının ona xəyanət etdiyindən şübhələnib. Bu barədə arvadından soruşduqdan sonra qadın onun barəsində polisə şikayət edib və yenidən narkotik istifadəçisi kimi həbs edilib.
"Həbsdən çıxdıqdan sonra öz telefonumu diktofon açıq vəziyyətdə evdə qoyub getdim. Səs yazısına qulaq asanda evə adam çağırdığını eşitdim", - deyə, o, məhkəmədə bildirib.
Təqsirləndirilən deyib ki, bundan sonra bir neçə dəfə arvadını öldürmək istəsə də, alınmayıb. May ayında isə qətli törədib.
O, əməlindən peşman olmadığını bildirib: "Mən öldürmüşəm və peşman da deyiləm. Vicdanım təmizdir".
Məhkəmədə mərhumun anası, hüquqi varisi Günay Novruzova da dindirilib. O qeyd edib ki, Vüsalın qızını öldürmək istədiyini bilirdilər və buna görə, onu gizlədirdilər. Hadisə günü isə Vüsal qəfildən qarşılarına çıxıb və qadını öldürüb.
Proses davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu ilin may ayında Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 42 yaşlı Vüsal Məmmədov Muxtar Fətəliyev küçəsində yerləşən yaşayış binasının girişində 41 yaşlı həyat yoldaşı Məmmədova Fəridə İsmayıl qızını bıçaqla vurub və boğazını kəsib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisə yerindən qaçan 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2019, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-10-2019, 17:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52