reklam
Regionxeberlericom.az » Hadisə » Prokuror quldurluq edən qardaşlara 9 il cəza istədi - 350 manat borca görə cinayət

reklam

Prokuror quldurluq edən qardaşlara 9 il cəza istədi - 350 manat borca görə cinayət


Bakıda qadını bıçaqla hədələyərək boyunbağısını götürən qardaşlar hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən 1997-ci il təvəllüdlü Nurlan Həsənzadə və 1999-cu il təvəllüdlü Ruslan Həsənzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərin hər birinə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Nurlan və Ruslan qardaşdır. Onlar ilk dəfədir ki, məhkumluq həyatı yaşayırlar.

İttihama görə, qardaşlar aprelin 28-də Bakı şəhər sakini X.Əhmədovaya hücum ediblər.

Hadisə Binəqədi rayonunda A.Kunanbayev küçəsində baş verib. Qardaşlar qadına qarşı zor tətbiq edərək qızıl boyunbağısını alıblar. Onlardan biri qadına bıçaq çəkib, digəri isə arxadan boyunbağını açaraq götürüb.

Onlar ilkin ifadəsində bu əməli borclarının olduğu üçün etdiklərini söyləyiblər. Qardaşlar ələ keçirdikləri boyunbağını 1500 manata sataraq öz aralarında bölüblər. Başqa bir şəxsə borclu olduqları 350 manatı isə evdə saxlayıblar. Lakin pulu qaytarmağa imkan tapmadan polis onları yaxalayıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Paylaş:


Müəllif : Tarix:
29-10-2019, 13:23
Sikayət   


loading...
Загрузка...