reklam
Regionxeberlericom.az » Hadisə » Şirkət rəhbərlərinə hökm oxundu - 33 nəfər şikayətçidir

reklam

Şirkət rəhbərlərinə hökm oxundu - 33 nəfər şikayətçidir


"Meqa-Siti Holdinq” MMC-nin vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb. Onlar 33 nəfərə qarşı dələduzluqda ittiham ediliblər.

regionxeberlericom.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə külli miqdarda dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin payçısı Aqil Qədirov və Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.

Cinayət işində 33 zərərçəkmiş var. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

İttihama görə, həmin şəxslər inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Bildirək ki, MMC yaşayış binasını 2007-ci ildə inşa etməyə başlayıb.

Amma hələ də bina tam olaraq inşa edilməyib. Şirkətdən mənzil alan vətəndaşların şikayətləri illərlə mətbuatda dərc edilib.

Vətəndaşlar deyir ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilmiş “Meqa Siti Holdinq” MMC-nin digər payçıları Nuruyev Fariz Ələsgər oğlu, Nəsirzadə Fərhad Rauf oğlu və Zeynalov Maksim Ağaqulu oğlu adlı şəxlərdir. Bəzi vətəndaşlar bu payçılardan da şikayətçidir.


Paylaş:


Müəllif : Tarix:
30-10-2019, 17:53
Sikayət   


loading...
Загрузка...