reklam
Regionxeberlericom.az » Hadisə » Həkim səhlənkarlığı ucbatından vəfat edən 37 yaşlı xanım Afaq Bəşirqızının...

reklam

Həkim səhlənkarlığı ucbatından vəfat edən 37 yaşlı xanım Afaq Bəşirqızının...


Oktyabrın 24-də Bakıda özəl xəstəxanaların birində 37 yaşlı qadın iynədən şok keçirərək dünyasını dəyişib.
Çox təəssüf ki, həkim səhlənkarlığı ucbatından belə hadisələr zaman-zaman baş verir. Dünyasını dəyişən xanım - 37 yaşlı Pərvanə Ağayevanı şəxsən tanımasam da, atası Oqtay Ağayevi illərdir tanıyıram.
Belə ki, Oqtay Ağayev Xalq artisti, görkəmli sənətkar Afaq Bəşirqızının şəxsi sürücüsüdür.
15 ildən artıqdır ki, Oqtay Ağayev Afaq xanımın yanında çalışır. Çox sadə, mədəni, mehriban insandır. Cavan qızını itirən atanın gözlərindəki kədəri, nisgili görmək çox ağrılıdır. 37 yaşlı Pərvanə Ağayeva həm də iki övlad anası olub. Qadının iki azyaşlı övladı anasız qalıb.
Bu gün Afaq xanım Bəşirqızının şəxsi istəyi ilə mərhum Pərvanə Ağayevanın cümə axşamı mərasimi keçirilib. Mərasimdə Akademik Musiqili Teatrın kollektivi iştirak edib.
Qeyd edək ki, hazırda Pərvanə Ağayevanın ölümü ilə bağlı araşdırılma aparılır.
Dünyasını dəyişən Pərvanə xanıma Allahdan rəhmət diləyirik!


Paylaş:


Müəllif : Tarix:
31-10-2019, 17:47
Sikayət   


loading...
Загрузка...