Daxili İşlər Nazirliyinin idarə rəisi güllələndi

Rusiya Daxili İşlər Nazirliyinin İnquşetiyadakı ekstremizmə qarşı mübarizə mərkəzinin rəisi İbrahim Eldzarkiyev noyabrın 2-də Moskvanın qərbində güllələnib.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisənin Akademik Anoxin küçəsində baş verdiyi bildirilir.
Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Eldzarkiyevin öldürülməsi sifarişdir və rəsmi fəaliyyəti ilə əlaqədardır. Bu, istintaqın əsas versiyasıdır, baxmayaraq ki, digər səbəblər də nəzərə alınır.
Mənbə bildirib ki, Eldzarkiyev respublikadakı dini ekstremist qrupları ilə konfliktdə idi və ona dəfələrlə hədə-qorxu gəlinmişdi.
Eldzarkiyev Moskvaya şəxsi işləri ilə bağlı gəlibmiş. Onunla birgə qardaşı və bir yüksək rütbəli polis zabiti də güllələnib. Cinayətkarın xarici avtomobildə qaçıb aradan çıxdığı bildirilir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, daha əvvəl 2019-cu ilin yanvarında Eldzarkiyevə sui-qəsd cəhdi edilmişdi. O zaman İbrahim Eldzarkiyev Çeçenistandan İnquşetiyaya qayıdanda maşını pulemyotlardan atəşə tutulmuşdu. Nəticədə onunla bir avtomobildə gedən üç polis ağır yaralanmış, özü isə xəsarət almamışdı.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-11-2019, 10:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-11-2019, 10:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB