reklam
Regionxeberlericom.az » Hadisə » Rüşvətə görə həbs edilən hakim və vəkil apelyasiya şikayəti verib

reklam

Rüşvətə görə həbs edilən hakim və vəkil apelyasiya şikayəti verib


Həbsdə olan Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov, onun məsləhətçisi Şahid Allahverdiyev və Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubovun barələrində olan hökmdən apelyasiya şikayəti veriblər.

regionxeberlericom.az APA-a istinadən məlumatına görə, təqsirləndirilən şəxslərin şikayəti Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətin yaxın günlərdə icraatına veriləcəyi bildirilib.

Qeyd edək ki, istintaqla Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A. İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş. Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubova da ittiham verilib. Lakin onun barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. İsmayılov 2 il 6 ay, Ş. Allahverdiyev və M. Yaqubov hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib. Vəkillər Kollegiyasının üzvü olmuş M. Yaqubov məhkəmə zalında həbs edilib.


Paylaş:


Müəllif : Tarix:
6-11-2019, 12:03
Sikayət   


loading...
Загрузка...