Mərkəzi bazarda azərbaycanlı yer üstündə digər azərbaycanlının qanını tökdü və...

Moldovanın paytaxtı Kişnyovda iki Azərbaycan vətəndaşı bazarda yer üstündə dava ediblər. Dava bir azərbaycanlının digərinə bıçaq zərbəsi ilə nəticələnib.
Virtualaz.org Moldova KİV-lərinə istinadən xəbər verir ki, yer üstündə başlayan dava zamanı 30 yaşlı azərbaycanlı 47 yaşlı rəqibinə mətbəx bıçağı ilə hücum çəkib. Kişnyov polisinin rəis müavini Marin Qaraz bildirib ki, polis hücum edəni saxlayıb. Yaralı azərbaycanlı xəstəxanaya aparılıb və onun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta ağırdır.
Hüquq-mühafizə orqanları bu dava ilə bağlı daha iki Azərbaycan vətəndaşını həbs edib. Onların Yalovensk rayonunun Ruseştiy Noy yaşayış məntəqəsində gizləndiyi məlum olub və ötən axşam polislər həmin ünvanda əməliyyat keçirib. Saxlanılanların barəsində 72 saatlıq saxlanma qərarı verilib, barələrində cinayət işi qaldırılıb. Onları 7 ilə qədər həbs gözləyir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-11-2019, 15:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-11-2019, 15:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB