reklam
Regionxeberlericom.az » Hadisə » "Qızılları lombarda qoyub pul götürdük" - vəzifəli şəxslərin adından istifadə edən Abıyevin işi

reklam

"Qızılları lombarda qoyub pul götürdük" - vəzifəli şəxslərin adından istifadə edən Abıyevin işi


Özünü prokurorluq əməkdaşı kimi təqdim edən 61 yaşlı kişi hakim qarşısına çıxarılıb. O, dələduzluqda və vəzifəli şəxslərin adından istifadə etməkdə ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1958-ci il təvəllüdlü Əlixan Abıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Əlixan Abıyev tanışı olan bir neçə nəfərə qarşı dələduzluq edib. O, özünü Baş Prokurorluğun əməkdaşı kimi təqdim edərək bir neçə nəfərə qarşı işə düzəltmək adı ilə dələduzluq edib.

Bundan başqa o, Səhiyyə Nazirliyində və Təhsil Nazirliyində vəzifəli adamlarının olduğunu deyərək işə düzəltmək adı ilə bir neçə nəfərdən də pul alıb.

Verdiyi vədlərə əməl etməyən Abıyev zərərçəkmişlərin şikayətləri əsasında həbs edilib.

Elan olunan ittihamla Abıyev özünü təqsirli bilməyib. Buna görə də məhkəmə istintaqı zərərçəkmişlərin dindirilməsi ilə davan etdirilib.

Zərərçəkmiş Bayram Məmmədov deyib ki, Bakı Dövlət Universitetinin məzunu olan oğlunu Abıyev işə düzəldəcəkmiş. Onun sözlərinə görə bu təklif Əlixan Tağıyevdən gəlib.

"Oğlum dövlət qulluğuna imtahandan keçmişdi. Əlixan özü dedi ki, prokurorluqda işə düzələcək oğlunun təyinatını Bakıya saldıracaq. 5 min istədi. Amma biz dedik ki, çoxdur. Cəmi 3 min manatımız var idi. Dedim ki, 3 min verək, qalanını da sən ver. Əgər iş alınsa, biz sənin pulunu ödəyərik. Razılaşdı, amma bir müddət sonra gəldi ki, iş artıq hazırdır. Təcili 10 min lazım olduğunu dedi. Biz imkan olmadığını dedik. Amma bizi inandırdı ki, iş artıq hazırdır və pul mütləq çatmalıdır. Evdə olan qızılları lombarda qoyub pulu götürdük. Amma neçə gün keçsə də, bizə bir cavab demədi. Bir neçə dəfə zəng elədim. Deyirdi ki, pulu verdiyi adam işi həll etmir. Məni inandırmaq üçün dedi ki, həmin adamla görüşə bilərik.

Guya dedi ki, işi Mobil Həsənzadə müəllim düzəldəcəkdi. Yenə aldatdı və uzun vaxt keçdi məni apardı Nizami adlı şəxsin yanına. Dedi ki, işi bu müəllim həll edəcək. Amma həmin adam dedi ki, bu işlərdən xəbəri yoxdur və pul almayıb. İndi mən pulumu tələb edirəm. Aldığının cəmi 2 min manatını qaytarıb"- deyə zərərçəkmiş bildirib.

Məhkəmədə məlum olub ki, bu işdə adı keçən əsas şəxslərdən biri Mobil Həsənzadədir. Çünki ayrı-ayrı şəxsləri işə düzəltməkdə onun adı keçir. Amma məlum olub ki, Mobil Həsənzadənin özü də zərərçəkmişdir.

O da məlum olub ki, zərərçəkmiş Bayram Məmmədovun bacanağının qızı Samirə Nağıyeva da bu işdə zərərçəkmişdir. O, da işə düzəltmək üçün 6 min pul verib. Samirə Nağıyeva Səhiyyə Nazirliyinə işə düzəldiləcəkmiş.

Qeyd edək ki, Əlixan Abıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.


Paylaş:


Müəllif : Tarix:
11-11-2019, 17:35
Sikayət   


loading...
Загрузка...