Gəncədə narkotacir saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan DİA.AZ-a verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayon Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyev saxlanılaraq “Lada Priora” markalı avtomobili ilə birlikdə Gəncə ŞBPİ-nə gətilib.
Şübhəli şəxsə və avtomobilə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman, avtomobilin salonundan göy rəngli sellofan torbanın içərisindən 33 ədəd kibrit qutuda qablaşdırılmış formada , ümumi çəkisi 295.5 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq S. Əliyevin Gəncə şəhərində kirayə yaşadığı mənzilə baxış keçirilib və oradan 8 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 1 kiloqram 21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı o, narkotik maddəni satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-11-2019, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-11-2019, 15:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB