reklam
Regionxeberlericom.az » Hadisə » Bu gün tutulan rəis 2 il öncə arvadını bıçaqlamışdı - VİDEO

reklam

Bu gün tutulan rəis 2 il öncə arvadını bıçaqlamışdı - VİDEO


Pensiya ödəmələri ilə bağlı 100 minlik yeyintidə ittiham olunan DSMF-nin Sabirabad rayon şöbəsinin rəisi Bayram Mikayılov iki il öncə arvadını bıçaqlamaqda təqsirləndirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, B.Mikayılov Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi olarkən, yəni 2017-ci ildə arvadı Gülnarə Cəbrayılovanı bıçaqlamaq ittihamı ilə gündəmə gəlmişdi.

Belə ki, həmin ilin yanvarın 26-da B.Mikayılov paytaxtın Xətai rayonunda arvadının avtomobilinin qarşısını kəsərək onu öldürməklə hədələyib. Bir saata yaxın davam edən mübahisəyə kənar şəxslər sakitləşdirmək üçün müdaxilə edib. Bu zaman şöbə rəisi B.Mikayılov bıçaq çıxararaq onu vurub. Ətrafdakı şəxslər yaralı qadını maşına oturdaraq xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmışdı. Mayın 5-də B.Mikayılov təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib və saxlanılaraq Xətai rayon Müvəqqəti Saxlanma Yerinə təhvil verilmişdi. Lakin həmin zaman məhkəmə onu həbs etməkdən imtina edərək polisin nəzarətinə vermişdi.

Bayram Mikayılov isə həmin zaman “Qafqazinfo” ilə əlaqə saxlayaraq ittihamı qəbul etmədiyini, bütün bunları həyat yoldaşının əmisi, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovun işi olduğunu iddia etmişdi.

B.Mikayılov bu hadisədən sonra, 2019-cu ilin aprel ayında DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Onun hər iki vəzifədə olduğu vaxt mətbuatda barəsində şikayət məzmunlu xeyli yazı yayımlanıb. Bu ilin sentyabr ayında vəzifədən çıxarılıb.

B.Mikayılov 2017-ci ilin əvvəlində Saatlı rayon sakini Elşən Allahyarovu direktor otağında qəbul edərək aşağılayıcı sözlərlə təhqir etməsi haqda video yayılmışdı. Sonradan nazirlik bu məlumatı təkzib edərək görüntülərin B.Mikayılovun otağında çəkilmədiyini bildirmişdi.



Paylaş:


Müəllif : Tarix:
14-11-2019, 15:43
Sikayət   


loading...
Загрузка...