reklam
Regionxeberlericom.az » Hadisə » Qaz xətti yenidən yararsız hala salındı - ŞAMAXIDA

reklam

Qaz xətti yenidən yararsız hala salındı - ŞAMAXIDA


Şamaxı rayonunda qazıntı işləri zamanı zədələnən qaz xətti bərpa olunandan bir qədər sonra başqa bir təşkilata məxsus texnika ilə təkrar olaraq yarasız hala salınıb.

“Azəriqaz” İstehsalat Birliyindən Lent.az -a daxil olan məlumata görə, bu gün səhər saatlarında Şamaxı rayonunun Cabanı kəndi ərazisində “Çuxuryurd-Sabir” polietilen qaz xətti qazıntı işləri aparan texnika ilə qırılıb. 9 kənddə təxminən 2 minə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Saat 16 radələrində bərpa işləri tamamlanıb. Lakin bir qədər sonra həmin qaz xətti digər bir şirkətin texnikası ilə başqa bir yerdə - Şamaxı rayonunun Sabir qəsəbəsində təkrar zədələnib. Yenə də təqribən eyni sayda abonentin qaz təchizatında fasilə müşahidə olunur. Bərpa işləri görülür.


Paylaş:


Müəllif : Tarix:
14-11-2019, 18:09
Sikayət   


loading...
Загрузка...