reklam
Regionxeberlericom.az » Hadisə » Gürcüstanın azərbaycanlı bələdiyyə üzvü rüşvətə görə tutuldu

reklam

Gürcüstanın azərbaycanlı bələdiyyə üzvü rüşvətə görə tutuldu


Gürcüstan polisi Marneuli bələdiyyə məclisinin (sakrebulo) və "Vahid Milli Hərəkat" partiyasının üzvü Rəhim Əsgərovu rüşvətə görə tutub.

regionxeberlericom.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytında məlumat yerləşdirilib. İstintaq müəyyən edib ki, Əsgərov vətəndaşdan onu dövlət orqanında işə düzəltmək adı ilə 3 min lari (1,1 min dollar) rüşvət alıb.

Vətəndaş həmin məbləğin bir qismini qabaqcadan, yarısını isə daha sonra ödəməli imiş.

Rəhim Əsgərova qarşı rüşvətalma maddəsi üzrə cinayət işi açılıb. Onu 6-9 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.


Paylaş:


Müəllif : Tarix:
29-03-2019, 09:40
Sikayət   


loading...
Загрузка...