Başı kəsilən gənc qadının qayınanasından ŞOK AÇIQLAMALAR: “Qardaşı onu buna görə öldürə bilərdi”
“Aytən qardaşı ilə görüşə gedəndə dedim tək getmə, məni eşitmədi”.
Bu sözləri Lent.az -a dünən vəhşicəsinə öldürülən 20 yaşlı Aytən Fərzalıyevanın qayınanası Gülbəniz Kərimova deyib. Onun sözlərinə görə, Aytən bu il ərzində 3 dəfə qardaşı ilə görüşüb. İlk görüş ilin əvvəlində olub və dünən reallaşan sonuncu görüşdə ölkə gündəmini silkələyən qətl hadisəsi baş verib:
“Aytən nə qədər çətin, çıxılmaz vəziyyətdə olub, amma qardaşı ona kömək etməyib. Neçə dəfə zəng edib ki, bəs kirayə pulunu verə bilmirik, oğlumu güclə saxlayıram, kömək əli uzat. Gah deyib Qazaxıstanda yarışdayam, gah da deyirdi başım qarışıqdı. Qardaşı idman müəllimidir. Heç vaxt nə qardaşı, nə də atası Aytəni yadlarına salmayıblar. Gəlinim neçə dəfə dedi ki, qardaşım mülayimləşib, gedim görüşüm. Mənə köməklik göstərəcək. Dedim qızım, o sənə qarşı heç vaxt yaxşı olmayıb, inanma ona. Eşitmədi məni. İlk dəfə bu ilin əvvəli görüşdülər. Qızım da yanlarında idi. İkinci dəfə də bir müddət əvvəl görüşmüşdü. Dünən səhər qardaşı ilə İnstagramda yazışıblar. Aytən mənə dedi ki, bəs qardaşım düzəlib, onunla görüşəcəm əvvəlcə gedib ana və bacımızın qəbrini ziyarət edəcəyik. Sonra isə mənim sənədlərimi “Jek”dən arayış alıb düzəltdirəcək. Yenə dedim qızım inanma, tək getmə. Eşitmədi məni və çıxdı getdi görüşə. Sonra da eşitdik ki, Babək qəbiristanlıqda Aytənin başını kəsib”.
“Oğlumdan da imtina etmişəm. Aytəni və nəvəmi götürüb saxlayırdım”.
Gülbəniz Kərimova həmçinin Aytənlə oğlu Ümid Kərimlinin necə tanış olmalarından, ailə münasibətlərindən də danışıb. O, bildirib ki, oğlu ailəyə baxa bilmədiyi üçün tez-tez söz-söhbətlər olurdu:
“Bir dəfə oğlum Ümid dedi ki, ana bəs bir qızla tanış olmuşam, bəyənirəm. Yetim qızdır. Dedim nə olar gətir evimizə, tanış olaq. Toy da etməmişdik. Oğlum dönərxanada işləyirdi. Bir-iki dəfə də türmədə olub. Son vaxtlar işləmirdi, ailəyə baxmırdı. Avaralıq edirdi deyə mən də artıq onu silmişəm. Nəvəm olanda Aytən işləmək istədiyini dedi və bundan sonra Ümidlə münasibətləri pozuldu. Gördüm ki, vəziyyət düzələn deyil, Aytəni və nəvəmi götürüb özüm saxladım. Bunu qonşular da bilir. Aytən də evə maddi cəhətdən kömək etmək üçün İçərişəhərdə ailəvi restoranda, dönərxanalarda, çayxanalarda işləyirdi. Özüm təkbaşına 5 uşaq böyütmüşəm. 2 qızım və 3 oğlum var idi. Birini daha oğlum saymıram. Ən balaca oğlum 5-ci sinifdə oxuyur”.
Həmsöhbətimiz Aytənin əxlaqlı qız olduğunu və hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib. Lakin qayınana ikinci görüşün məlum hadisəyə səbəb ola biləcəyini düşündüyünü gizlətməyib:
“Aytəngilin Yasamalda evləri var. 2014-cü ildə onun anası və bacısı intihar etdilər. Bir müddət sonra isə ona qarşı olan zorakılıqlara görə, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Aytəni sığınacağa götürdü. Oğlumla yaşayandan sonra əvvəlcə 6-cı mikrorayonda kirayədə qalıblar. Sonra imkanları olmadığı üçün oğlum dedi “Ana kirayəni ödəyə bilmirik, gəlib sizdə qalaq”. Mən də etiraz etmədim. Gəldilər Binəqədidə mənim şəxsi evimdə yaşadılar. Nə Aytənin, nə də nəvəmin sənədləri yoxdur. Aytənin nə səbəblə öldürüldüyünü bilmirəm. Heç nə ağlıma gəlmir ki, hansı səbəblə qardaşı onu öldürsün. Lakin ikinci dəfə görüşdə Aytən Yasamaldakı evlərindən də ona pay düşdüyünü demişdi. Belə ehtimal edirəm ki, ola bilsin elə ev bölgüsünə görə, qardaşı Babək onu öldürüb”.
Sonda Gülbəniz Kərimova hələ də meyitin onlara verilmədiyini bildirib: - “Getdik müraciət elədik ki, gəlinimin meyitini verin. Aparıb dəfn edək. Dedilər hələ olmaz, gedin zəng edəcəyik”.
Bundan əlavə qayınana heç olmasa nəvəsinin onunla qalmasını istədiyini qeyd edib: “Nəvəmi hazırda özüm saxlayıram. Ancaq onun tamam qanuni formada məndə qalması üçün gərək Kəmalə Ağazadə uşağın sənədlərini versin. Çox xahiş edirəm nəvəmin sənədləri tezliklə mənə verilsin və heç olmasa nəvəm mənimlə qalsın”.
11:00
“Aytənin ölümü 2014-cü ildəki faciənin davamı idi”.
Bu sözləri Lent.az -a açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. Sədr bildirib ki, mərhum gənc qızın ailəsində əvvəllər də zorakılıq hadisələri baş verib:
“Atası tərəfindən ölüm həddinə çatdırdığı üçün hələ 2014-cü ildə Aytənin anası və bacısı intihar edib. Bu intihara görə, mərhum gənc qızın atası artıq 4 ildən çoxdur ki, həbsdə olub. Bir ildir azadlığa çıxıb. Elə hadisəni törədən qardaş da atası ilə əlbir olub. Onların ailəsində belə zorakılıq halları neçə illərdir ki, mövcuddur. Təəssüf ki, bu zorakılıqlara görə, anası və bacısı kimi Aytən Fərzalıyeva da dünyadan getdi. Aytənin qardaşı ilə əlaqəsi yox idi. Qardaşı əsgərlikdən təzə gəlib. Aytən həmişə deyirdi ki, Yasamaldakı evlərinə getmək, orada qalmaq istəyir. Ancaq doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu mümkün deyildi. Aytən əxlaqlı qız olub. Qeyri-rəsmi nikahda yaşayırdı və bir oğlan körpəsi var idi. Qaynanası ilə birgə Binəqədidə kirayədə qalırdılar. 3 il bizim sığınacaqda saxlamışıq onu”.
***
saat: 09:49
Abşeronda baş verən dəhşətli qətllə bağlı cinayət işi açıldı.
Bu barədə Lent.az -a açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
K.Zeynalovun verdiyi məlumata görə, hadisə noyabrın 24-də saat 17 radələrində baş verib. Belə ki, prokurorluğa 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi ilə bağlı məlumat daxil olub. Bu məlumat əsasında polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla müəyyən edilib ki, Babək Fərzalıyev bacısı A.Fərzalıyevanı məzarlıqda qətlə yetirib. Belə ki, 20 yaşlı bacı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət etməyə gedib. Bu zaman böyük qardaşı ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə qanla bitib. Qardaş özü ilə gətirdiyi bıçaqdan istifadə edərək bacısının boğazını kəsib.
Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən bacısını qətlə yetirdiyini etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2019, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2019, 17:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16