Qara günlü tələbə yataqxanaları: - Nə insani şərait var, nə də normal yemək
Paytaxtda tələbə qızların zəhərlənməsi olayı universitetlərin mətbəx və yeməkxana problemini yenidən aktuallaşdırıb. Bu gün paytaxtdakı universitetlərin çoxunun yataqxanası olmasa da, bəzi ali təhsil ocaqlarının Sovet dövründən miras qalan yataqxanaları hələ də fəaliyyət göstərir. Həmin yataqxanalarda tələbələrin qidalanması üçün normal şərait olmadığından, tələbələr ya hazır yemək almalı olur, yaxud da yarımfabrikantlardan istifadə etmək məcburiyyətində qalırlar. Sputnik Azərbaycan həmin yataqxanaların yeməkxana və mətbəxi ilə bağlı problemləri araşdırıb.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Pərvanə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BDU-nun yataqxanasında yeməkxana yoxdur. Hazırda yalnız Universitetin özündə yeməkxana fəaliyyət göstərir.
Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva Sputnik Azərbaycan-a deyib ki, Universitetin yataqxanalarından yalnız birində tələbələr qalır. Yerdə qalanlarında isə məcburi köçkünlər məskunlaşıb: "Bizim yataqxana yeni təmir edildiyindən, tələbələrin qidalanması üçün müasir şərait yaradılıb. Yataqxananın mətbəxində tələbələr özləri üçün yemək hazırlaya da bilərlər. Bunun üçün müasir soba, havalandırıcı, soyuducu var".
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a ölkəmizdə müasir tələbə yataqxanalarının sayının çox az olduğunu deyib. O qeyd edib ki, xarici ölkələrdə əksər universitetlərin müasir tipli tələbə yataqxanaları var. Amma Azərbaycan universitetlərində yataqxana məsələsi problem olaraq qalır.
Ekspert düşünür ki, bu istiqamətdə xarici ölkələrin, xüsusilə yataqxana sisteminin daha çox inkişaf etdiyi qonşu Rusiya və Türkiyənin təcrübəsindən istifadə etmək lazımdır.
"Yataqxana kompleksində üç vacib amil var: birincisi, oranın yeməkxanası, ikincisi təhlükəsizlik, üçüncüsü, təmizlik xidmətləri. Təəssüf ki, bizdə ümumiyyətlə tələbələrin yataqxana problemi həll olunmayıb" - deyən Əsədov ümid edir ki, bizdə də nə vaxtsa tələbələr ucuz və keyfiyyətli yataqxana ilə təmin olunacaqlar.
"Hazırda qeyd olunan infrastrukturun yaradıldığı universitetlər azdır. Bu gün Bakı Ali Neft Məktəbinin, Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün müasir tələblərə cavab verən yataqxana imkanı yaradılıb. Digər universitetlərin isə ya ümumiyyətlə yataqxanası yoxdur, ya da mövcud olan yataqxanaların infrastrukturu çox zəifdir. Xarici ölkələrdə tələbələrin yataqxanasında hər bir otağın mətbəxi, yataq guşəsi, 24 saat isti-soyuq suyu, vanna otağı, soyuducusu, kondisioneri, istilik sistemi, televizoru, ayrıca telefon nömrələri var. Yataqxananın kamera müşahidə sistemi, Wi-Fi, mini telefon ATS-i, yanğın təhlükəsizlik sistemi, havalandırma sistemi və mərkəzləşdirilmiş istilik sistemi mövcuddur. Tələbələrin bütün ehtiyacları təmin olunur", - deyə Əsədov bildirib.
O, əlavə edib ki, Türkiyə universitetlərinin tələbə yataqxanalarında yeməkxana da fəaliyyət göstərir. Bura səhər saat 6-dan axşam saat 9-a qədər açıq olur. Gün ərzində türk mətbəxinin isti və soyuq yeməkləri yataqxanada qalanların ixtiyarına verilir. Təmizliyə də söz yoxdur, hər yerdə səliqə-sahman gözə dəyir.
Xatırladaq ki, bu günlərdə BDU-nun yataqxanasında üç tələbə zəhərlənib. Onlardan biri həyatını itirib, digər ikisinin isə müalicəsi davam etdirir. Tələbə qızların qidadan zəhərləndikləri bildirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2019, 12:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-11-2019, 12:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45