Şəhriyar del Gerani hava limanında insidentlə üzləşdi - RƏSMİ CAVAB
Təhsilini davam etdirmək üçün Ukraynanın paytaxtı Kiyevə uçmağa hazırlaşan gənc şair Şəhriyar del Gerani hava limanında insidentlə üzləşib. Bu barədə o, sosial şəbəkələrdəki şəxsi hesabında məlumat yayıb.
Gənc ədib bildirib ki, bu gün səhər saat 08:45 üçün "Buta Airways" aviaşirkətinin Bakı-Kiyev reysinə bilet alıbmış: "08:10-da keçiddə olduğum, əlbəttə, onlayn qeydiyyatdan keçdiyim halda məni mənasız sorğularla yubandırdılar. Və beləcə qaldım hava limanında”.
Şəhriyar del Gerani yaranmış vəziyyətlə bağlı Lent.az -a da açıqlama verib. Deyib ki, hava limanının işçiləri ondan baqaja “birka” vurmağı tələb ediblər, o da sözügedən yerə yaxınlaşıb: "Orda bildirdilər ki, baqaj artıq bağlanıb. Mən də dedim ki, baqajdan imtina edirəm, qalsın, özüm gedim heç olmasa. Orada olan işçi dedi ki, baqaj məsələsini həll edin, biz sizi buraxacağıq. Mən baqajı təhvil verməyə gedəndə, sorğu-sual başladı. Yarım saat suallarla vaxtımı aldılar və zaman doldu. Artıq 10 dəqiqə qaldığından təyyarə uçuşa hazırlanmışdı və təyyarəyə minə bilmədim, beləcə Kiyevə gedişim baş tutmadı”.
Lent.az məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat katibi Paşa Kəsəmənskiyə müraciət edib. Saytımızın sorğusuna cavab olaraq, Kəsəmənski bildirib ki, uçuş cədvəlinə əsasən J2 9683 saylı GYD-İEV reysi 08:45-də həyata keçirilməli olduğu halda, sərnişin Şəhriyar del Gerani qeydiyyat masasına yerli vaxtla 08:25-də yaxınlaşıb:
“Həmçinin onu da qeyd etmək istərdim ki, "Buta Airways" sərnişin aviaşirkətinin "Sərnişinlərin və yüklərin daşınması qaydaları"nın 10.1.1-ci bəndinə əsasən müəyyən olunmuş uçuşqabağı rəsmiyyətlərdən keçmək (qeydiyyat proseduru, normadan artıq baqajın dəyərinin ödənilməsi, baxış, gömrük, sərhəd və digər prosedurlar, giriş və çıxış sənədlərinin rəsmiləşdirilməsi) üçün Sərnişin Aviaşirkət (onun Agenti) tərəfindən müəyyən olunmuş vaxtdan gec olmamaqla səyahət üçün lazım olan sənədlərlə qeydiyyatın keçirildiyi yerə gəlməlidir. Hava limanında Aviaşirkətin beynəlxalq reyslərinə qeydiyyat reysin uçuşundan 60 dəqiqə əvvəl, onlayn və özünəxidmət köşklərində qeydiyyat 120 dəqiqə əvvəl başa çatır.
Əgər sərnişin qeydiyyat yerinə sərnişinlərin qeydiyyat vaxtı tam başa çatdıqdan sonra və ya səyahət üçün lazım olan sənədlər olmadan gələrsə, aviaşirkət təxsisi ləğv etmək hüququna malikdir və reysi ləngitməyə borclu deyil. Aviaşirkət qeydiyyat vaxtının bitməsi barədə sərnişini məlumatlandırmalıdır.
Həmin Qaydaların 10.1.2-ci bəndinə əsasən aviaşirkət sərnişinin 10.1.1 bəndindəki tələbləri yerinə yetirməməsinə görə çəkdiyi xərclər və itkilər üçün sərnişin qarşısında heç bir məsuliyyət daşımır”.
P.Kəsəmənski qeyd edib ki, yuxarıda qeyd olunan səbəblərdən sərnişinə məxsus 1 yer 12 kq çəkidə baqajın rəsmiləşdirilməsinin texniki baxımdan imkansız olduğu və sərnişinin onlayn qeydiyyatdan keçdiyini nəzərə alaraq sərnişinə təcili olaraq baqajsız miniyə yaxınlaşması təklif olunub, lakin sərnişin imtina edib:
“"Buta Airways" Sərnişin Aviaşirkətinin daşınma Qaydalarına əsasən isə "STANDART" tarifi çərçivəsində əl yükü ödəniş müqabilində daşınır. Bu səbəbdən, sərnişinə baqajın aviaşirkətin qaydalarına uyğun olaraq yalnız ödəniş müqabilində təyyarə göyərtəsinə qəbul edilə biləcəyi bildirilib, ancaq bu təklif həmçinin sərnişin tərəfindən qəbul edilməyib.
Qeyd etdiyim kimi, aparılmış xidməti araşdırma nəticəsində yerüstü xidmət göstərən şirkətin əməkdaşlarının aviaşirkət tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində hərəkət etdiyi müəyyən olunub”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2019, 17:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-11-2019, 17:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29