reklam
Regionxeberlericom.az » Hadisə » Tağı Əhmədov 3 milyon verib: cinayətdirmi? – Vəkildən açıqlama

reklam

Tağı Əhmədov 3 milyon verib: cinayətdirmi? – Vəkildən açıqlama


Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədovun müsahibəsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ondan 3 milyon manat alması ilə bağlı səsləndirdiyi fikirlər birmənalı olaraq cinayət işinin predmeti olmalıdır. Qanunvericiliyin tələbi budur.

regionxeberlericom.az xəbər verir ki, bu sözləri axar.az-a hüquqşünas Səməd Vəkilov Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun keçmiş MTN rəhbəri Eldar Mahmudovun ondan 3 milyon manat tələb etməsi və onun da bu pulu sonradan ona ödəməsi və hətta məhkəmədə də bunu sübut etməsi ilə bağlı dedikləri barədə danışarkən bildirib.

S.Vəkilov qeyd edib ki, bu açıqlama qanunvericiliyin tələbinə görə prokurorluq orqanları tərəfindən araşdırılmalıdır:

“Çünki burada diqqət çəkən iki xüsusi məqam var. Biri pulu verən məmurun 3 milyon manatı haradan əldə etməsi, ikinci isə məmurun rüşvət tələb edib onu almasıdır.

Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 206-cı maddəsinin birinci bəndində qeyd edilib ki, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.

Məcəllənin ikinci bəndində isə göstərilib ki, törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər”.

Qanunun tələbindən danışan hüquqşünas bildirib ki, bu məlumatlar prokurorluğa və məhkəməyə təqdim edilməlidir:

“206-cı maddənin 3-cü bəndində göstərilib ki, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərc etmiş və ya aidiyyəti üzrə göndərmiş kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçı ya, müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər”.

Xatırladaq ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov Bakupost.az-a geniş müsahibəsində keçmiş MTN rəhbəri Eldar Mahmudovun ondan 3 milyon manat tələb etdiyini bir daha təkrarlayıb. Əlavə edib ki, E.Mahmudov onu oğlu ilə şantaj etdiyi üçün T.Əhmədov məcbur qalaraq həmin pulu ona ödəyib.


Paylaş:


Müəllif : Tarix:
27-11-2019, 15:47
Sikayət   


loading...
Загрузка...