Gənc jurnalist ailəsindən imtina etdi - Toy puluna görə
Gənc jurnalist Nurlan Libre ailəsindən imtina edib. “Qafqazinfo” xəbər verir ki, o, valideynlərinin toyda yığılan pulu aldıqdan sonra onları döyərək evdən qovduğunu iddia edib:
“Siz heç toylara yazdırdığı pulu geri yığmaq üçün saxta məclis təşkil edən sonda isə bəylə gəlini döyərək evdən qovan ailə eşitmişdiz? Təəssüf ki, dünən başıma gəldi. Ailəm toya yazdırdığı pulu yığmaq üçün Əsli və məni aldatdı.
Bu hadisəni ictimailəşdirməkdə məqsədim bəlkə də öz doğmalarınızın qədrini anlamağınız üçündür.
Mən istəmirdim ailəmin edəcəyi toyu. Bakıda kiçik bir banket düzəltməyə gücüm çatırdı. Bilirdim ki, ailəm toyu mənə görə yox nəslin içində adları təmizə çıxsın deyə edirlər. Əvvəlcədən bildirilmişdi ki, toydan gələn gəlir də bizim olacaq. Toy gününə kimi hər şey normal idi. Elə ki, toy qurtardı. Evdə pulun sayılma vaxtı çatdı. Qardaşım, atam, anam, qohumlarım üstümüzə hücum çəkib bizi döyə-döyə evdən qovdular, pərişan halda evdən zorla qaçdıq”.
Cütlük hadisə ilə bağlı Sumqayıt şəhər 4-cü polis bölməsində şikayət etdiyini bildirib:
“Mənə övladlarının səadətini pula satan, camaat nə deyər düşüncəsi ilə yaşayan ailə lazım deyil. Odur ki, atam Qəhrəmanlı Ramiz Yusif oğlundan, anam Qəhrəmanlı Zenfira Heydər qızından, Qardaşım Qəhrəmanlı Xəyal Ramiz oğlundan imtina edirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2019, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-12-2019, 15:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti