73 yaşlı qadını sifarişlə qətlə yetirməkdə ittiham edilən 6 nəfərlik dəstənin işi
Bakının Nizami rayonunda sifarişlə qətl törətməldə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində sifarişlə qətl törətməkdə ittiham edilən Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev, Namiq Ibrahimov və Həmidə Nəsibovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Hadisə bu ilin aprel ayında olub.
Aprelin 17-də səhər saatlarında Nizami rayonunun Azər Manafov küçəsi ev 15/21 ünvanında yanğın hadisəsi baş verib.
Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub.
Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər- Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev və Namiq İbrahimov saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslər qətli Həmidə Nəsibovanın sifarişi ilə yerinə yetirdiklərini deyiblər.
Ziya Dadaşov və Amil Piriyev ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər.
Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
İstintaq zamanı Həmidə Nəsibova Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.
O da məlum olub ki, Həmidə Nəsibova daha əvvəl də məhkumluq həyatı yaşayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2019, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-12-2019, 15:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti