reklam
Regionxeberlericom.az » Hadisə » Polis 39 yaşlı kişini borca görə bıçaqlayıb - Yenilənib

reklam

Polis 39 yaşlı kişini borca görə bıçaqlayıb - Yenilənib

Bərdədə bıçaqlanma hadisəsi baş verib.

İnsident rayonun Bakı küçəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon 32-lər kənd sakini, 39 yaşlı Allahverdiyev Nicat Vidadi oğlu Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Fehruz Novruz oğlu tərəfindən 8 bıçaq zərbəsi ilə bıçaqlanıb.

Yaralı yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdə rayonunda polis əməkdaşının adam bıçaqlaması haqda yayılan məlumat barədə rəsmi açıqlama verilib. Bərdə Rayon Prokurorluğundan Dekabrın 10-u saat 23 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Bazarstore” mağazasının qarşısında Bərdə rayon sakini, 1980-cı il təvəllüdlü Nicat Allahverdiyevin bıçaqlanması barədə barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin edilib. İlkin istintaqla 1994-cü il təvəllüdlü Feruz Əhmədovun şəxsi münasibət zəminində borc üstündə aralarında yaranmış mübahisə zamanı N.Allahverdiyevi bıçaqla vuraraq qəsdən adam öldürməyə cəhd etməsinə şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Feruz Əhmədov dekabrın 11-də qeyd edilən cinayəti törətməkdə şübhəli bilindiyinə görə tutularaq istintaqa cəlb olunub.
 


Paylaş:


Müəllif : Tarix:
11-12-2019, 13:58
Sikayət   


loading...
Загрузка...