reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda məktəb yandı: 21 şagird təxliyə olundu

reklam

Azərbaycanda məktəb yandı: 21 şagird təxliyə olundu



Quba rayon Təhsil Şöbəsi orta məktəbdəki yanğınla bağlı məlumat yayıb.

Təhsil Şöbəsindən APA -ya verilən xəbərə görə, dekabrın 13-də saat 14:15 radələrində Quba rayonu, Tülər kənd ümumi orta məktəbinin çardağında yanğın baş verib. Məktəb rəhbərliyi dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verib. Hadisə baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyə olunub, heç bir uşaq xəsarət almayıb. Dərhal görülən tədbirlər nəticəsində məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub. Bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbində tədrisə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Tülər kənd ümumi orta məktəbində 100 şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır.


Paylaş:


Müəllif : Tarix:
13-12-2019, 18:07
Sikayət   


loading...
Загрузка...