5,3 milyon avro mükafat alan azərbaycanlı həkim Bakıya gəlib
Nüfuzlu Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülən Dünya Baş Ağrıları Cəmiyyətinin sədri, Danimarkada yaşayan azərbaycanlı həkim Məsud Aşina Azərbaycana gəlib.
regionxeberlericom.az-un "Report"a istinadən məlumatına görə, o, Bakıda keçirilən Azərbaycan Nevrologiya həftəsinin konfranslarında iştirak edir.
Qeyd edək ki, azərbaycanlı həkim M.Aşina bir müddət öncə Danimarkanın Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb. Font tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon Danimarka kronu (30 milyon avrodan çox) məbləğində mükafatla təltif edilib.
Xatırladaq ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Danimarkada yaşayır və Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrısı və Nevrologiya Mərkəzinin və İnsan Migren Araşdırmaları Mərkəzinin rəhbəridir.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2019, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2019, 10:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti