Bakıda ana və qızının qətlinin şok təfərrüatı
Dekabrın 13-də paytaxtın Bakıxanov qəsəbəsi, “Uğur-2" yaşayış kompleksindəki mənzildə baş verən qətlin səbəbi sirr olaraq qalır.
1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadə yaşadıqları mənzildə çoxsaylı kəsici-deşici alətlə öldürülüb.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, qətli törətməkdə ailənin üzvü şübhəli bilinir. F.Həmzəyevanın hələ ki adı məlum olmayan oğlunun anasını və bacısını öldürərək qaçdığı məhəllə sakinləri tərəfindən danışılır.
Qətli törətməkdə şübhəli bilinən şəxs Rusiyada yaşayırmış. O, evə səhər saatlarında gəlib və bu vaxt evdə anası tək olub.
Əvvəlcə anasını öldürüb və bacısı Elgünün işdən gəlməsini gözləyib. Gecə təxminən 00:07 radələrində işdən evə gələn E.Niftizadə də qətlə yetirilib.
E.Niftizadənin mənzilə girdikdən bir neçə dəqiqə sonra qardaşının əlində bıçaqla evi tərk etdiyi müşahidə kameralarına düşüb. Məhəllə sakinləri danışırlar ki, həmin mənzildə ana və qızı ilə birlikdə Elgünün rəfiqəsi də kirayə qalırmış.
Hadisədən bir gün qabaq Elgün rəfiqəsinə qardaşının Moskvadan gələcəyini deyərək şəraitə görə bir günlük başqa yerdə gecələməsini xahiş edib. Elgünün rəfiqəsi həmin gün qohumunun evində qalıb.
İlkin yayılan məlumatlara görə, qətli törətməyə səbəbi əmlak mübahisəsi olub. F.Həmzəyevanın oğlu ondan rayondakı evi satmağı və pulunu ona verməyi tələb edirmiş.
Ancaq anası buna razılaşmadığına görə oğlu onu və qızını öldürüb. Digər məlumatlara görə, anasını və bacısını öldürməsi üçün Rusiyadan Azərbaycana gəlməyə vadar edən bilinməyən səbəblər var.
Məhəllə camaatı danışır ki, Fatma Həmzəyeva yaşlı, əsa ilə gəzən qadın olub, qızı isə restoranlardan birində işləyirmiş.
Baş Prokurorluğun məlumatına görə, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-12-2019, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-12-2019, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Bu gün, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
Dünən, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Dünən, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
Dünən, 08:54