reklam
Regionxeberlericom.az » Hadisə » Saatlıda ölən çobanın intihar etdiyi məlum olub - YENİLƏNİB

reklam

Saatlıda ölən çobanın intihar etdiyi məlum olub - YENİLƏNİB


Saatlı sakininin özünü güllələməsi hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, hadisə dekabrın 18-də saat 12 radələrində rayonun Dədə Qorqud kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini Əliyev Sakit Əjdər oğlunun kənddə yerləşən fermada ov tüfəngindən bir dəfə atəş açmaqla özünü öldürməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının, məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunub, habelə aşkar edilmiş maddi sübutlar qablaşdırılaraq götürülüb və digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılıb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

*** 19 dekabr, saat 22:34

Saatlı rayonu, Dədə Qorqud kəndindəki fermaların birində kişi meyiti tapılıb.

"Report"un Aran bürosu xəbər verir ki, rayonun Şirinbəy kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Sakit Əjdər oğlu qarın boşluğundan güllələnib. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

S.Əliyev fermada çoban işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
19-12-2019, 11:50
Sikayət   


loading...
Загрузка...