reklam
Regionxeberlericom.az » Hadisə » Vaxtı keçmiş məhsulları yenidən markalayıb satışa çıxardılar - FOTO

reklam

Vaxtı keçmiş məhsulları yenidən markalayıb satışa çıxardılar - FOTO

Bakıda saxlanılma müddəti saxtalaşdırılmış müxtəlif çeşiddə karamel məhsullar aşkar edilib.

regionxeberlericom.az-un Oxu.Az-a istinadən məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, General Həmidov küçəsi 56 D ünvanında müxtəlif aromatlı karamel məhsullarının saxlanıldığı anbara baxış keçiriblər.

Baxış zamanı Ağayev Emil Əliağa oğlu tərəfindən saxlanılma müddəti saxtalaşdırılmış müxtəlif çeşiddə karamel məhsullar aşkar edilib.

Müəssisədə 1/30 qr və 1/50 qr olan 6000 ədəd (ümumi çəkisi 239.5 kq olan ) karamel məhsullarının yararlıq müddətlərinin müxtəlif tarixlərdə (30.04.2018-ci il tarixdə, 30.04.2019-cu il tarixdə) bitməsinə baxmayaraq sahibkar tərəfindən üzərində yeni istehsal tarixi öz əksini tapmış “CANDY” və “KAHKECİ BEY” əmtəə nişanı adı altında etiketlər əldə olunaraq yararlılıq müddəti bitmiş sözü gedən məhsullar markalanaraq satış məqsədi ilə yenidən ticarət şəbəkələrinə realizasiya olunur.

Müəssisə rəhbərliyi tərəfində əldə edilmiş saxtalaşdırılmış etiketlərə keçirilən baxış zamanı qeyd olunan etiketlərdə əsassız olaraq iki il yararlılıq müddəti yazıldığı müəyyən edilib.

Anbara keçirilən baxış zamanı zərərvericilərlə sirayətlənmiş ümumi çəkisi 500 kq qədər olan qarabaşaq, buğda, düyü yarması və popkorn qarğıdalısı aşkar edilib. Bu məhsullar müxtəlif qida məhsullarının istehsalında xammal kimi istifadə olunur.

Aparılan yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı və nəticədə anbarın zərərvericilərlə sirayətləndiyi aşkar edilib.

Yeyinti məhsulları haqqında Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən üzərində saxlama müddəti ötmüş, markalanmasına dair məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.



Paylaş:


Müəllif : Tarix:
21-12-2019, 12:08
Sikayət   


loading...
Загрузка...