reklam
Regionxeberlericom.az » Hadisə » Tikinti şirkəti 20 min manat cərimə edilib

reklam

Tikinti şirkəti 20 min manat cərimə edilib


Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə, “Ailə Park” MMC barədə inzibati protokol tərtib edib.

regionxeberlericom.az-un "Report"a istinadən xəbərinə görə, Nərimanov Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “Ailə Park” Bakıda hündürmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir.


Paylaş:


Müəllif : Tarix:
24-12-2019, 16:04
Sikayət   


loading...
Загрузка...