Gənc oğlandan dostunun anasına qarşı ŞOK ƏMƏL - Azərbaycanda BİABIRÇILIQ
Astara rayonunda anasının əxlaqsızlıq etməsi barədə məlumatlar yayan şəxsi bıçaqlamaqda təqsirli bilinən 2002-ci il təvəllüdlü Samir Paşayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Anasının fahişə olduğunu yaydı
regionxeberlericom.az-un Publika.az-a istinadən xəbərinə görə, hadisə 2017-ci ilin martında baş verib. Rayon sakini Səməd Məmmədov Samir Paşayevin anasının fahişə olması, başqa-başqa kişilərlə pul müqabilində intim əlaqədə olması barədə məlumat yayıb.
Səməd Məmmədov həmyerlisi Samir Paşayevin onun anası haqqında xoşagəlməz sözlər yaymasını eşidib. Buna görə də o, Astara rayonunun mərkəzində yerləşən “Park Bulvar”da Samir Paşayevlə görüşüb, məsələni aydınlaşdırmaq qərarına gəlib.
Amma onlar həmin vaxt görüşə bilməsələr də, Samir Paşayev Səməd Məmmədovdan anası haqqında dedikləri sözlərə görə qisas almaq qərarına gəlib.
Küçədə qanlı dava
Martın 30-da Samir Paşayev valideynləri ilə birlikdə yaşadıqları evdən bıçaq götürüb və küçəyə çıxıb. Bir qədər gəzişdikdən sonra o, Səməd Məmmədovla rastlaşıb.
Bu zaman Samir Paşayev Səməd Məmmədovdan hesablaşmaq istəyib. Hesablaşma zamanı onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Samir Paşayev özündə olan bıçaqla Səməd Məmmədova bir neçə zərbə vurub.
Həbs
Səməd Məmmədov aldığı zərbələrdən xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Samir Paşayev isə polis əməkdaşları tərəfindən həbs olunub.
İstintaq orqanı tərəfindən Samir Paşayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
2 il şərti cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Paşayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il müddətinə şərti cəza təyin edilib.
Məhkəmə zərərçəkmiş Səməd Məmmədovun təqsirləndirilən şəxsə qarşı qaldırdığı mülki iddianı təmin etməyib. Hökmə əsasən, Səməd Məmmədovun təqsirləndirilən şəxsə qarşı 15 min manat miqdarında qaldırdığı mülki iddia əsassız hesab edilib.
15 min manatlıq mülki iddia?
Hökmdən narazı qalan Səməd Məmmədov apelyasiya şikayəti verib. Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla xuliqanlıq zəminində mədə və ağ ciyər nahiyələrindən zərbə vurub, ona həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirib: “Üzərimdə həkimlər ağır əməliyyat keçiriblər və Lənkəran rayon Mərkəzi Xəstəxanasında 1 ay kəskin müalicə olunmuşam. Müalicə olunduğum müddətdə müalicə həkimlərinə, tibb bacılarına, hər gün palatanı süpürüb təmizləyən xadimələrə, rentgen müayinələrinə, ultrason müayinəsində, ağ ciyərin ciddi zədələnməsi ilə bağlı vərəm xəstəxanasında və ağ ciyər xəstəxanasında dəfələrlə təkrar müayinədən keçməyim ilə bağlı və apteklərdən müalicəsi üçün alınan dərmanlara görə böyük məbləğdə, təxminən 5000 manat xərcləmişəm. Tam olaraq Samir Paşayevin qanuna zidd əməlləri üzündən mənə 5000 manat maddi, 10000 manat məbləğində mənəvi ziyan dəyib”.
“Barışıq olmayıb”
Zərərçəkmiş deyib ki, məhkəmə onun tərəfindən verilmiş maddi və mənəvi ziyana görə 15000 manat ziyanın ödənilməsi barədə mülki iddianın əsassız olduğunu bəyan edərək təmin etməyib: “Məhkəmə təqibi zamanı mənim təqsirləndirilən şəxsə qarşı heç bir barışığım olmayıb”.
15 minlik mülki iddia niyə təmin olunmadı?
Zərərçəkmiş təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını, ona dəymiş olan maddi və mənəvi zərərə görə 15 min manat mülki iddiasının təmin olunmasını istəyib.
Səməd Məmmədovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Zərərçəkmiş Səməd Məmmədovun təqsirləndirilən şəxsə qarşı şikayəti təmin olunmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-12-2019, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-12-2019, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09