reklam
Regionxeberlericom.az » Hadisə » Mingəçevirdə həmyerlisini bıçaqlayan gəncin istintaqı başa çatıb

reklam

Mingəçevirdə həmyerlisini bıçaqlayan gəncin istintaqı başa çatıb


Mingəçevirdə həmyerlisini bıçaqlayan Məmməd Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

regionxeberlericom.az-un "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rəşir Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yanvarın 10-da keçiriləcək.

Qeyd edək ki, 2019-cu ilin avqust ayında Mingəçevir şəhəri Xan Şuşinski küçəsində yerləşən kafedə baş verib.

1987-ci il təvəllüdlü şəhər sakini Məhəmməd Abdullayev kafedə içkili vəziyyətdə olan digər şəxs tərəfindən bıçaqlanıb.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü şəhər sakini Məmməd Səfər oğlu Bəkirov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.


Paylaş:


Müəllif : Tarix:
2-01-2020, 16:46
Sikayət   


loading...
Загрузка...